Taxıl sahələrinin 74,4 faizində biçin başa çatdı

Taxıl sahələrinin 74,4 faizində biçin başa çatdı
07.07.2025 12:12 Kənd Təsərrüfatı

Respublikada taxıl biçini davam edir. Bu günədək 691 928 hektar sahədə biçin aparılıb, sahələrdən 2 336 704 ton məhsul yığılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4 faizində biçin başa çatıb.

Mövsüm ərzində 691 928 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 336 704 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 299 401 hektar buğda, 392 527 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 092 309 ton buğda, 1 244 394 ton arpa yığılıb. Buğda sahələrinin 60,5 faizində, arpa sahələrinin isə 90,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,5 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.

Artıq Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 22 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 38 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1 153 kombayn iştirak edir. Bunlardan 439 kombayn “Aqroservis” ASC-nin, 714 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (57 kombayn), Qəbələ (54 kombayn), Oğuz (50 kombayn), Xaçmaz (49 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

FOTOLAR

Taxıl sahələrinin 74,4 faizində biçin başa çatdı — 1
Taxıl sahələrinin 74,4 faizində biçin başa çatdı — 2
Taxıl sahələrinin 74,4 faizində biçin başa çatdı — 3
Taxıl sahələrinin 74,4 faizində biçin başa çatdı — 4
XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər