“Xiaomi 17 Ultra” “DxOMark” reytinqində 6-cı oldu

“Xiaomi 17 Ultra” “DxOMark” reytinqində 6-cı oldu
15.02.2026 17:00 İKT

“Xiaomi 17 Ultra” smartfonu “DxOMark” laboratoriyasının reytinqinə daxil olaraq kameralı telefonlar arasında altıncı yeri tutub.

TodayPress TV xəbər verir ki, testlərin yekununa əsasən cihaz kamera keyfiyyətinə görə 166 bal toplayıb.

Ekspertlərin qiymətləndirməsinə görə, smartfon ultra-geniş bucaq və telefoto daxil olmaqla bütün fokus məsafələrində balanslı foto çəkilişi nümayiş etdirir. Obyektlərin təbii ekspozisiyası, yüksək detal səviyyəsi, stabil ağ balansı və dəqiq rəng ötürülməsi xüsusi qeyd olunub. Zəif işıqlandırma şəraitində belə səs-küy səviyyəsi nəzarətdə saxlanılır.

Foto imkanlarına görə cihaz 170 bal qazanıb. Əsas kamera 171 bal, “bokeh” rejimi 175 bal, ultra-geniş bucaq 160 bal, zum isə 169 bal toplayıb. Xüsusilə telefoto kameranın işi yüksək qiymətləndirilib – böyük fokus məsafələrində detallı çəkiliş və portretlərdə təbii fon bulanıqlığı təmin edilir.

Video çəkiliş üzrə nəticələr daha aşağı olub – ümumi göstərici 157 bal təşkil edib. Əsas kamera 164 bal toplasa da, ultra-geniş və telefoto modulları müvafiq olaraq 144 və 132 bal əldə edib. Zəif işıqda video çəkiliş zamanı cihaz öz sinfinin lider modellərindən geri qalır, həmçinin zum səviyyələri arasında keçidlər nəzərə çarpır.

Bildirilib ki, qrup şəkillərində ön plandakı obyektlər bəzən bir qədər bulanıq görünə bilər. Bununla belə, fotolarda detal və səs-küy arasında balans yüksək səviyyədə saxlanılır.

“DxOMark” reytinqində cihaz liderlər – “Huawei Pura 80 Ultra” və “iPhone 17 Pro”dan geri qalıb, lakin “Magic 8 Pro”, “Pixel 10 Pro XL” və “iPhone 16 Pro Max” kimi flaqman modelləri qabaqlayıb.

Qiymət Mahir

NEWS FEED
01 JUNE 2026
Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 All News