UEFA Avropa Liqasının qalibi bəlli oldu

UEFA Avropa Liqasının qalibi bəlli oldu
21.05.2026 00:58 İdman

UEFA Avropa Liqasında final matçı keçirilib.

TodayPress TV xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşıb.

Matç İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutub.

Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda "Aston Villa" "Frayburq" üzərində böyük hesablı qələbə qazanıb - 3-0.

Qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.

"Aston Villa" ilk dəfə Avropa Liqasının qalibi olub. 1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminhem klubu yeddiqat İngiltərə çempionu, yeddiqat İngiltərə Kubokunun və beşqat Liqa Kubokunun qalibidir.

"Aston Villa" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Birminhem komandası 30 mayda Budapeştdə UEFA Super Kuboku uğrunda "Arsenal" və "PSJ" arasında keçiriləcək Çempionlar Liqası finalının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 All News