Klublararası DÇ: Alman nəhəngi 1/4 finala yüksəldi

Klublararası DÇ: Alman nəhəngi 1/4 finala yüksəldi
30.06.2025 09:33 İdman

ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində “Bavariya” və “Flamenqo” komandaları qarşılaşıb. 

TodayPress TV xəbər verir ki, Mayaminin “Hard Rock” stadionunda baş tutan oyunda alman nəhəngi rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Matçın erkən dəqiqələrində braziliyalı yarımmüdafiəçi Erik Pulqarın avtoqolu ilə hesabı öz xeyrinə dəyişən “Bavariya”, 9-cu dəqiqənin tamamında Harri Keynlə fərqi 2 topa çatdırıb. 

“Flamenqo” 33-cü dəqiqədə Jersonun qolu ilə ümidləri artırsa da, Leon Qoretskanın hissənin sonlarında uzaq məsafədən vurduğu qol yenidən “Bavariya”nı iki top fərqi ilə önə keçirib. 

İkinci hissədə Jorjinyo 54-cü dəqiqədə penalti zərbəsindən sonra hesab arasındakı fərqi yenə minimuma endirib. Matçın yekun nəticəsini isə 73-cü dəqiqədə dubl edən Harri Keyn müəyyənləşdirib - 4:2.

“Bavariya” 1/4 final mərhələsində “İnter Mayami”ni 4:0 hesabı ilə məğlub edən PSJ ilə qarşılaşacaq. 

Qeyd edək ki, daha əvvəl “Palmeyras” və “Çelsi” klubları ilk dörddəbir final cütlüyünü formalaşdırıblar.

Namiq HUN

XƏBƏR LENTİ
04 IYUN 2026
Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Bütün Xəbərlər