Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi

Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi
03.04.2026 12:28 Hərbi

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin 10-cu ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirlərdə hərbi qulluqçular, Aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanları ziyarət edilərək məzarları önünə gül dəstələri düzülüb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, həmçinin hərbi qulluqçularımızın döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin - Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror tədbirlərinin, bütövlükdə şanlı Zəfərimizin başlanğıcı kimi qiymətləndirilir.

Tədbirlərin bədii hissəsində sənədli filmlər nümayiş olunub, şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-musiqili kompozisiyalar təqdim edilib, döyüş iştirakçıları xatirələrini bölüşüblər.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, silahdaşlarının xatirələrinə ehtiramlarını ifadə ediblər.

TodayPress TV

FOTOLAR

Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 1
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 2
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 3
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 4
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 5
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 6
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 7
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 8
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildi — 9
XƏBƏR LENTİ
05 IYUN 2026
Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 Bütün Xəbərlər