“Mehdiyev işi” niyə səssizləşib? – “Bu şəxslərin vəzifələrində qalması...”

“Mehdiyev işi” niyə səssizləşib? – “Bu şəxslərin vəzifələrində qalması...”
08.01.2026 11:51 Gündəm

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi 2025-ci ildə geniş müzakirə mövzusu oldu. 

Məhkəmənin ev dustaqlığı ilə bağlı qərarı, istintaq çərçivəsində aparılan prosessual hərəkətlər və ayrı-ayrı fiqurantlar barədə yayılan məlumatlar prosesə diqqəti artırmışdı. 

Son günlərdə isə bu işlə bağlı açıqlamaların və informasiya axınının azalması müşahidə olunur. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, R.Mehdiyevin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir:


“Mətbuatda yayımlanan məlumatlara görə, bununla bağlı o, bir neçə dəfə evində dindirilib. Onun ortaqları olduğu iddia edilən bir sıra şəxslər barədə müvafiq addımlar atılıb. Onlardan bəziləri istintaq təcridxanasına göndərilib, axtarışda olanlar da var. Düşünürəm ki, R.Mehdiyevin cinayətinin əhatə dairəsini tam müəyyənləşdirmək və digər ortaqlarını da ifşa etmək xeyli zaman alacaq. Bu cinayət əməli sıradan deyil və istintaqın gedişinə kənar, o cümlədən xarici maneələrin mümkünlüyünü də istisna etmirəm. Sabiq Administrasiya rəhbəri Kremlin Azərbaycandakı ən odioz fiqurlarından biri olub və Rusiyanın, xüsusilə də son dövrlərdə sərgilədiyi qeyri-dost mövqe hər kəsə bəllidir”.

Əli Orucov cari ildə cinayət prosesinin sürətləndiriləcəyini düşünür: 

“Qeyri-qanuni əməllərinə görə hər kəs cavab verməli olacaq. Mənim üçün maraqlı olan məqam isə ondan ibarətdir ki, dövləti təhlükəyə atan bu kimi şəxslər niyə vaxtında zərərsizləşdirilmir və sabiq Administrasiya rəhbərindən heç də az təhlükəli olmayan şəxslər hələ də vəzifələrində qalırlar? Onların yarıtmaz fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar və ümidsizlik yaradır”.

Xatırladaq ki, Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Ötən ilin oktyabrında Bakının Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 All News