Davosdan dünyaya mesaj: Ədaləti Bakı bərpa etdi!

Davosdan dünyaya mesaj: Ədaləti Bakı bərpa etdi!
20.01.2026 22:09 Gündəm

“ATƏT-in Minsk qrupu əslində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrası üçün deyil, Qarabağ ermənilərinin faktiki müstəqilliyini təmin etmək üçün çalışırdı”.  

Bunu TodayPress TV-yə politoloq Abutalıb Səmədov deyib.


O qeyd edib ki, Azərbaycan Minsk qrupunun təkliflərinin icrasını əngəlləyib:

“ATƏT-in Minsk qrupu 1997-ci ildən başlayaraq ard-arda təkliflər təqdim edirdi və bu təkliflərin demək olar ki, hamısı Qarabağ ermənilərinin faktiki müstəqil olmasına xidmət etməli idi. Azərbaycanın qəti mövqeyi təkliflərin qarşısını aldı.   

1997-ci ildə iki təklif, 1998-ci ildə əlavə bir təklif, 1999-cu ildə İstanbul sammiti ərəfəsində başqa bir təklif və 2001-ci ildə ABŞ-nin Key West şəhərində ərazi mübadiləsi təklifi verildi. Sonuncu təklif isə Madrid prinsipləri oldu. Bütün bu təkliflər ermənilərin maraqlarına xidmət edirdi. Azərbaycan həm 1990-cı illərdə, həm də 2000-ci illərdə təqdim olunan təkliflərin reallaşmaması üçün qətiyyətlə mübarizə apardı. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri böyükdür. Onların qətiyyəti sayəsində indiki uğurlara nail olundu”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarını öz gücü ilə azad edib:

 “ATƏT-in Minsk qrupu əslində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrası üçün deyil, Qarabağ ermənilərinin faktiki müstəqilliyini təmin etmək üçün çalışırdı. Qətnamələrin icrasını Azərbaycan öz üzərinə götürdü. Həmçinin, Azərbaycan Prezidenti dünyada güc amilinin həlledici olduğunu görərək ordunun güclənməsi üçün çalışdı və əlverişli beynəlxalq şərait yarandıqda əks-hücuma keçərək işğal altında olan torpaqların azad olunmasını təmin etdi”. 

A.Səmədov sonda əlavə edib ki, bu, Azərbaycanın çox şanlı tarixidir. Bu tarix diqqətlə öyrənilməli və xalqımız, dövlətimiz qarşısında Heydər Əliyevin və İlham Əliyevin göstərdiyi qətiyyət və xidmətlər dərindən qiymətləndirilməlidir.

Qeyd edək ki,   Prezident İlham Əliyev yanvarın 20-də Davosda çıxışı zamanı beynəlxalq vasitəçiliklə bağlı ümidlərin  tamamilə boşa çıxdığını bildirib. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin ərazilərimizdən çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə uzun illər reallaşmayıb və sadəcə kağız üzərində qalıb. ATƏT və digər beynəlxalq təşkilatların qərarları da eyni taleyi yaşayıb. Lakin Azərbaycan vəziyyəti öz əlinə alaraq ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü təmin edib.     

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 All News