BƏƏ regiondakı vəziyyətlə bağlı brifinq keçirdi

BƏƏ regiondakı vəziyyətlə bağlı brifinq keçirdi
05.03.2026 11:24 Gündəm

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti regionda yaranmış son vəziyyətlə bağlı media üçün brifinq keçirib. 

TodayPress TV xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Turizm Nazirliyi, eləcə də Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarəedilməsi Təşkilatının nümayəndələri iştirak ediblər. 

Rəsmi şəxslər ölkənin suverenliyinin qorunması, vətəndaşların və sakinlərin təhlükəsizliyi, iqtisadi sabitlik və əsas xidmətlərin fasiləsiz fəaliyyəti istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.  

BƏƏ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi briqada generalı Əbdülnasir Əl Həmidi bildirib ki, ölkə hazırda ən yüksək döyüş hazırlığı səviyyəsindədir və Silahlı Qüvvələr inkişaf etmiş və inteqrasiya olunmuş müdafiə imkanlarına malikdir. 

Onun sözlərinə görə, BƏƏ çoxqatlı hava hücumundan müdafiə sistemi vasitəsilə uzun, orta və qısa mənzilli sistemlərin köməyi ilə ölkənin hava məkanını qoruyur və uzunmüddətli müdafiə əməliyyatlarını davam etdirmək üçün kifayət qədər strateji sursat ehtiyatına sahibdir. 

Açıqlamaya görə, İran hücumlarının başlanmasından bəri BƏƏ hava hücumundan müdafiə sistemləri 186 ballistik raket hücumu qeydə alıb. Onların 172-si məhv edilib, 13-ü dənizə düşüb, 1 raket isə ölkə ərazisinə düşüb. Bundan başqa 812 pilotsuz uçuş aparatı aşkar edilib, onların 755-i vurulub, 57-si ölkə ərazisinə enib. Eyni zamanda 8 qanadlı raket də aşkar edilərək məhv edilib. 

Hücumlar nəticəsində 3 nəfər həlak olub, 68 nəfər yüngül xəsarət alıb və bəzi mülki obyektlərdə məhdud maddi ziyan qeydə alınıb. Rəsmi qurumlar bildirib ki, qeydə alınan zərərin böyük hissəsi birbaşa zərbələrdən deyil, raketlərin havada məhv edilməsi nəticəsində düşən qalıqlardan yaranıb.

Nazirlik, həmçinin ölkənin müxtəlif bölgələrində eşidilən güclü səslərin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarını məhv etməsi ilə bağlı olduğunu bildirib. 

BƏƏ Xarici İşlər Nazirliyi adından çıxış edən beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi bildirib ki, son günlər BƏƏ və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr İranın açıq hücumları ilə üzləşib. O qeyd edib ki, BƏƏ ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməməsi mövqeyini əvvəldən açıq şəkildə bəyan edib.  

Nazir İranın hücumlarını qınadıqlarını, Tehrandakı səfirliyin bağlandığını və diplomatik missiyanın geri çağırıldığını açıqlayıb. Eyni zamanda BƏƏ-nin İran səfirinə rəsmi etiraz notası təqdim edildiyi bildirilib. 

Rim bint İbrahim əl-Haşimi vurğulayıb ki, BƏƏ gərginliyin azaldılması və diplomatik dialoqun bərpasını dəstəkləyir, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən ölkə öz suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququna malikdir.

İqtisadiyyat və turizm naziri Abdulla Bin Touq Al Marri isə bildirib ki, ölkə iqtisadiyyatı sabitdir və ərzaq ehtiyatları 4-6 ay müddətinə daxili tələbatı təmin etmək üçün kifayətdir. O qeyd edib ki, ticarət və idxal axınları davam edir və bazarda qiymətlərə real vaxt rejimində nəzarət olunur.

Nazirin sözlərinə görə, BƏƏ turizm sektoru – 1260 hotel və 40 mindən çox turizm şirkəti normal fəaliyyət göstərir. Uçuşların ləğvi səbəbindən ölkədə qalan turistlər üçün hotellərdə qalma müddətinin uzadılması və logistika dəstəyi göstərilməsi barədə qərar verilib.

BƏƏ Mülki Aviasiya İdarəsi regiondakı tərəfdaşlarla koordinasiya edərək fövqəladə hava dəhlizləri yaradıb. Hazırda bu dəhlizlər vasitəsilə saatda 48 uçuş həyata keçirilə bilir. 1 mart 2026-cı ildən bəri milli aviaşirkətlər 60 reyslə 17 498 sərnişin daşıyıb və növbəti mərhələdə gündə 80 uçuşla 27 mindən çox sərnişinin daşınması planlaşdırılır.

Daxili İşlər Nazirliyinin sözçüsü, briqada generalı Əbdüləziz əl-Əhməd ölkədə təhlükəsizlik vəziyyətinin sabit olduğunu bildirib. Onun sözlərinə görə, ölkə üzrə 3200-dən çox xüsusi texnika və 4100-dən çox patrul xidmətə cəlb olunub. 

Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarəedilməsi Təşkilatının nümayəndəsi Səif Cuma Əl Zaheri isə bildirib ki, ölkədə enerji, su, rabitə, nəqliyyat, səhiyyə və təchizat sistemləri normal işləyir. Təhsil isə müvəqqəti olaraq distant formada davam etdirilir.

BƏƏ hökuməti vətəndaşları və ölkədə yaşayan şəxsləri yalnız rəsmi mənbələrə etibar etməyə və yayılan şayiələrdən uzaq durmağa çağırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Bütün Xəbərlər