Azərbaycana məhdudiyyət - Rusiyada azərbaycanlıları nə gözləyir?

Azərbaycana məhdudiyyət - Rusiyada azərbaycanlıları nə gözləyir?
17.02.2026 16:50 Gündəm

“Rusiya Federasiyasından miqrantlara qarşı tətbiq olunan məhdudiyyətlər getdikcə genişlənir və budəfəki qadağalar daha çox selektiv xarakter daşıyır”. 

Bunu Milli Məclisin deputatı Elman Nəsirov TodayPress TV-yə açıqlamasında  deyib. 


O qeyd edib ki, Rusiyanın miqrant siyasətində konkret ayrıseçkilik hökm sürür: 

"Məsələn, Rostov vilayətində 1 aprel – 31 dekabr 2026-cı il tarixlərində miqrantlara kuryer fəaliyyəti, qida, içki və tütünün topdan-pərakəndə satışı qadağan edilir. Başqa bir məlumata görə, 1 martdan etibarən quru və boru kəməri nəqliyyatı, poçt xidmətləri, qiymətli metalların satışı və fitnes sahəsində işləyənlərə də məhdudiyyətlər tətbiq olunacaq. 

Bu məhdudiyyətlərin bir başqa diqqətçəkən tərəfi odur ki, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan ölkələrin vətəndaşlarına — yəni, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşlarına — münasibətdə heç bir qadağa tətbiq edilmir. Lakin Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarından, eləcə də “Abxaziya” vətəndaşlarından iş icazəsi alınması tələb olunur. Bu məhdudiyyətlər həmin ölkələrin vətəndaşlarına şamil ediləcək". 

Onun sözlərinə görə, bu miqrasiya siyasəti ilə bağlı bir sıra suallar yaranır: niyə məhz AİB ölkələrinə bu qadağalar tətbiq edilmir? Niyə bu ölkələrin vətəndaşlarına məhdudiyyətlər qoyulmur, amma Avrasiya İqtisadi Birliyinə üzv olmayan ölkələrin vətəndaşları üçün bu addımlar atılır? Azərbaycan da bu təşkilata üzv deyil, yəni birbaşa olaraq Azərbaycan vətəndaşları da bu miqrasiya siyasətinin təhdid obyektinə çevrilə bilər. Bu isə, nəticə etibarilə, Azərbaycan vətəndaşlarının da məhdudiyyətlərlə üzləşməsinə səbəb olacaq və son dövrlərdə iki ölkə arasında yaranan gərginliyi daha da artıracaq.

"Anlaşılan budur ki, rəsmi Moskva sanki öz strateji tərəfdaşı ilə münasibətləri normallaşdırmaq əvəzinə, onları daha da kəskinləşdirmək istiqamətində addımlar atır. Miqrasiya siyasətindəki bu dəyişiklikləri də həmin siyasətin tərkib hissəsi kimi qiymətləndirmək olar. Görünür ki, Azərbaycan Respublikasının müstəqil siyasəti, bu ölkənin milli maraqlarına uyğun mövqeyi, Moskvada bəzilərinin narazılığına səbəb olub", - millət vəkili vurğulayıb. 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan müstəqil və suveren bir dövlətdir, onun lideri isə dünya səviyyəli bir liderdir: 


"Azərbaycanın atdığı addımlar hər zaman milli maraqlara uyğun olub və heç bir zaman üçüncü tərəfi hədəf almayıb. Məsələn, bu gün Bakı-Vaşinqton münasibətlərinin istiləşməsi Moskva ilə münasibətləri hədəfə almır. 2022-ci ildə Moskva ilə imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik sənədi də Vaşinqton və ya Brüssel əleyhinə deyildi. Azərbaycan, müxtəlif güc mərkəzlərindən bərabər məsafədə dayanaraq öz milli maraqlarına əsaslanaraq müstəqil siyasət yürüdür".

E.Nəsirov sonda əlavə edib ki, Azərbaycanın siyasəti anti-Rusiya deyil, əməkdaşlıq və sülhə yönəlib: 

"Bu səbəbdən də mən anlamıram, niyə Kremlin bəzi dairələri Azərbaycanla bağlı bu cür düşünürlər və Azərbaycanın apardığı siyasəti anti-Rusiya siyasəti kimi qiymətləndirirlər. Bu, qətiyyən doğru deyil. Azərbaycanın atdığı addımlar yalnız milli maraqlarına uyğundur və heç bir şəkildə Kremlə və ya başqa bir tərəfə qarşı yönəlməmişdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu və hörməti, ölkənin regiondakı əməkdaşlıq mühitini təşviq etməyə yönəlik siyasətinin nəticəsidir, bu siyasət qarşıdurma deyil, əməkdaşlıq yaradılmasına xidmət edir. Bu həqiqəti dünya ictimaiyyəti də qəbul edir və müvafiq nəticələr çıxarır. Təəssüf ki, bunun əksini düşünənlər də var və görünür ki, Rusiyada bəzi siyasi dairələr Azərbaycan Prezidentinin müstəqil və milli maraqlara əsaslanan siyasətindən narazıdır və buna görə də "bulanıq suda balıq tutmaq" siyasətini həyata keçirməyə çalışırlar". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News