6 Avropa ölkəsindən İsrailə birgə etiraz: Diplomatlar XİN-ə çağırılır

6 Avropa ölkəsindən İsrailə birgə etiraz: Diplomatlar XİN-ə çağırılır
20.05.2026 21:38 Gündəm

Fransa, Böyük Britaniya, İtaliya, Belçika, İspaniya və Niderland "Qlobal Sumud Flotiliyası" fəallarına qarşı göstərilən pis rəftara görə İsrailə sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, adı çəkilən ölkələr İsrail diplomatlarını xarici işlər nazirliklərinə çağıraraq izahat tələb ediblər.

Niderland: Baş nazir Rob Yetten fəallarla bu cür rəftarın tamamilə qəbuledilməz olduğunu vurğulayaraq, İsrail səfirinin nazirliyə çağırıldığını bəyan edib.

İtaliya: Baş nazir Corcia Meloni və Xarici İşlər Naziri Antonio Tayani də yayılan görüntülərə çox sərt reaksiya veriblər. Baş nazir Meloni İsrailin fəalları beynəlxalq sularda qanunsuz olaraq saxladığını bildirərək, aralarında çox sayda İtaliya vətəndaşının da olduğu insanlara qarşı edilən bu ləyaqəti alçaldan rəftarın qəbuledilməz olduğunu vurğulayıb.

İtaliyanın izahat və rəsmi üzrxahlıq tələbi ilə İsrail səfirini nazirliyə çağıracağını açıqlayan Meloni, nazir Ben-Qvirin paylaşdığı görüntülərə dözüm nümayiş etdirilməyəcəyini ifadə edib.

İspaniya: İspaniya hökuməti fəallara qarşı tətbiq edilən bu münasibəti "vəhşilik" kimi qiymətləndirib və İsraildən rəsmi üzrxahlıq tələb edib.

Rəsmi Madrid bu məqsədlə İsrailin işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Böyük Britaniya: Xarici İşlər Naziri İvet Kuper də etiraz edən liderlərə qoşularaq, İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin flotiliya iştirakçılarını ələ saldığı videodan dəhşətə gəldiyini bildirib.

Nazir Kuper bu vəziyyətin insan ləyaqəti və hörmət prinsiplərinin ən fundamental qaydalarını pozduğunu vurğulayaraq, İsrail rəsmilərindən rəsmi izahat tələb etdiklərini bəyan edib.

Belçika: Xarici İşlər Naziri Maksim Prevot insanların əlləri bağlı şəkildə üzüüstü yerə uzadılmasının və hökumət naziri tərəfindən bu alçaldıcı anların sosial şəbəkədə paylaşılmasının fundamental insan ləyaqəti standartlarına zidd olduğunu qeyd edib.

Saxlanılanlar arasında Belçika vətəndaşlarının da olduğunu xatırladan Prevot, bütün fəalların dərhal sərbəst buraxılmasına çağırıb.

Fransa: Xarici İşlər Naziri Jan-Noel Barro nazir Ben-Qvirin hətta İsrail hökumətindəki öz həmkarları tərəfindən belə etirazla qarşılanan bu hərəkətlərini kəskin dillə tənqid edib.

Fransanın qəzəbini çatdırmaq məqsədilə İsrailin Parisdəki səfiri Coşua Zarkanın nazirliyə çağırıldığını elan edən Barro, vətəndaşlarının təhlükəsizliyinin hər zaman birinci prioritet olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 All News