Rayonlarda kadr çatışmazlığına stimul: 20 milyon manat!

Rayonlarda kadr çatışmazlığına stimul: 20 milyon manat!
21.11.2025 14:53 Elm və Təhsil

"Region məktəblərində müəllim çatışmazlığı son illərdə struktur xarakter daşıyan əsas təhsil problemlərindən biri kimi qalır".

Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, gənc mütəxəssislərin kənd və qəsəbə məktəblərinə yönləndirilməsi üçün ayrılmış 20 milyon manatlıq sosial dəstək paketi bu problemin həllində real təsir gücünə malikdir:

""Təhsil haqqında" Qanunun 13-cü maddəsi dövlətin ucqar və çətin bölgələrdə kadr təminatına görə məsuliyyət daşıdığını göstərsə də, uzun illər bu maddə praktik mexanizmə çevrilməmişdi. Nazirlik və Nazirlər Kabinetinin son qərarı isə məhz bu hüquqi normanın icrası baxımından ilk genişmiqyaslı addım kimi qiymətləndirilir. Hazırda ölkədə 9900-dən çox gənc mütəxəssis ilkin yaşayış şəraitinin qurulması, yol xərclərinin ödənilməsi və sosial adaptasiya paketi çərçivəsində regionlara yönləndirilir. Bu, regionlara müəllim axınının əvvəlki illərlə müqayisədə ən azı 2,4 dəfə artırılması deməkdir. Təhlillər göstərir ki, kənd məktəblərində müəllim çatışmazlığı əsasən maddi motivasiya ilə bağlıdır. 2023-2024-cü tədris ilində bəzi dağlıq və sərhəd rayonlarında müəllim çatışmazlığı 28%-ə qədər yüksəlib, Bakı və Abşeronda isə 5-7% civarındadır".

Ekspert əlavə edib ki, sosial dəstək paketi yalnız maliyyə ödənişləri ilə məhdudlaşmır. İlk yaşayış şəraitinin təmin olunması, mentorluq proqramları və adaptasiya paketləri gənc müəllimlərin bölgədə qalma ehtimalını 2-3 dəfə artırır:

"Potensial risk ondan ibarətdir ki, paket yalnız ilk yerləşmə mərhələsini əhatə edir və uzunmüddətli saxlama mexanizmləri gücləndirilməlidir. Lakin son iki ildə məktəb tikintisinə ayrılan vəsaitin 2,1 dəfə artırılması və ucqar kənd məktəblərində təmir və texniki təminat layihələrinin genişləndirilməsi bu riskin idarə olunması üçün baza yaradır. Azərbaycan modeli dünya təcrübəsi ilə müqayisədə daha çevik, daha geniş əhatəli və daha yüksək maliyyəli dövlət dəstək mexanizmi kimi seçilir. 20 milyon manatlıq sosial paket yalnız qısa müddətli həll deyil, həm də uzunmüddətli kadr sabitliyinin təməlini qoyan sosial-pedaqoji investisiyadır".

Kamran Əsədov sonda vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin bu addımı kadr çatışmazlığına reaktiv deyil, proaktiv yanaşmanın göstəricisidir və sistemin dayanıqlığını gücləndirən mühüm islahat kimi çıxış edir.

Qeyd edək ki, kənd məktəblərinə kadr axınının stimullaşdırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 9900 nəfərdən artıq gənc mütəxəssisin regionlarda işə cəlbi üçün yol xərcləri, ilkin yaşayış şəraitinin yaradılması və digər sosial dəstək tədbirləri üzrə 20 milyon manat ayrılıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 Bütün Xəbərlər