Naxçıvanda bəzi məktəblərə təyinatlar oldu

Naxçıvanda bəzi məktəblərə təyinatlar oldu
05.05.2026 12:23 Elm və Təhsil

Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları aparılıb

TodayPress TV xəbər verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

Müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb.

Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.

Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilib.

Nəticədə 6 nəfər uğur qazanmış onlardan 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

Uğur qazanan namizədlərdən, Həsənov Həsən Məmməd oğlu Heydər Əliyev adına tam orta məktəbə, Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə, Əliyev Səfa Ruhulla oğlu Şərur şəhər 2 nömrəli tam orta məktəbə, Cəfərova İlahə Aydın qızı Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunublar.

TodayPress TV

PHOTOS

Naxçıvanda bəzi məktəblərə təyinatlar oldu — 1
NEWS FEED
02 JUNE 2026
Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 All News