Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?

Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?
14.11.2025 16:42 Elm və Təhsil

"Azərbaycan təhsilində tətbiqi nəzərdə tutulan yeni model - müəllimlərin əmək haqqının dərs yükünə deyil, iş saatına əsasən hesablanması bəzi praktiki boşluqlar yaradacaq".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni model beynəlxalq təcrübəyə uyğundur və Türkiyə də daxil olmaqla bir çox ölkələrdə analoji sistem tətbiq olunur. Əsas dəyişiklik müəllimin maaşının artıq 12, 18 və ya 24 saatlıq dərs yükünə deyil, tam iş saatına görə hesablanmasıdır:

"Bu model müəllimlərin məktəbdə daha çox vaxt keçirməsinə, şagirdlərlə fərdi işlərin, əvəzləmələrin və sosial fəaliyyətlərin səmərəli təşkilinə şərait yaradacaq. Əgər müəllim saat 5-ə qədər məktəbdə olacaqsa, o zaman dərsə girməyən fənn müəllimi başqa fənnin müəllimi ilə əvəz edilməyəcək. Bu, şagirdin xeyrinədir".

Ekspert əlavə edib ki, sinif rəhbərləri də zəif şagirdlərlə məktəbdən sonra məşğələ keçmək imkanı qazanacaq.

O bildirib ki, hazırkı sistemdə məktəb direktoru hər gün 8-dən 6-ya qədər işdə olur, amma müəllim həftənin üç günü dərsini yığıb digər günlər rahat şəkildə istirahət edə bilir:

"Direktor 1000 manat alır, müəllim 800 manat. Amma direktor hər gün işdədir, müəllim isə yalnız dərs saatında gəlir. Bu anormallıq aradan qalxmalıdır. Yeni modeldə əsas problem standart maaşa görə müəllimlərin daha az dərs götürmək istəməsi ola bilər. Əvvəllər müəllim çox dərs götürmək üçün can atırdı. İndi isə standart maaş olduğu üçün çalışacaq ki, daha az dərsə girsin. Bu, real təhlükədir".

Ramin Nurəliyev əlavə dərs saatlarına görə ayrı hesablanmış ekstra ödənişin tətbiqini vacib sayır:

"Məsələn, 20 saat baza maaşına uyğun hesablanırsa, əlavə 5-6 saat dərs üçün ayrıca ödəniş olmalıdır. Müəllimin məktəbdə qalması əmək haqqının artırılmasını şərtləndirir. Müəllimin günün böyük hissəsini məktəbdə keçirməsi əmək haqqının artırılmasını zəruri edir. Əgər müəllim saat 5-ə, 6-ya qədər məktəbdə qalacaqsa, maaşların tənzimlənməsi qaçılmazdır. Nazirliyin bu istiqamətdə mexanizm hazırladığı qənaətindəyəm", - deyə o fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir,yağış yağa bilər 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 All News