Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?

Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?
14.11.2025 16:42 Elm və Təhsil

"Azərbaycan təhsilində tətbiqi nəzərdə tutulan yeni model - müəllimlərin əmək haqqının dərs yükünə deyil, iş saatına əsasən hesablanması bəzi praktiki boşluqlar yaradacaq".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni model beynəlxalq təcrübəyə uyğundur və Türkiyə də daxil olmaqla bir çox ölkələrdə analoji sistem tətbiq olunur. Əsas dəyişiklik müəllimin maaşının artıq 12, 18 və ya 24 saatlıq dərs yükünə deyil, tam iş saatına görə hesablanmasıdır:

"Bu model müəllimlərin məktəbdə daha çox vaxt keçirməsinə, şagirdlərlə fərdi işlərin, əvəzləmələrin və sosial fəaliyyətlərin səmərəli təşkilinə şərait yaradacaq. Əgər müəllim saat 5-ə qədər məktəbdə olacaqsa, o zaman dərsə girməyən fənn müəllimi başqa fənnin müəllimi ilə əvəz edilməyəcək. Bu, şagirdin xeyrinədir".

Ekspert əlavə edib ki, sinif rəhbərləri də zəif şagirdlərlə məktəbdən sonra məşğələ keçmək imkanı qazanacaq.

O bildirib ki, hazırkı sistemdə məktəb direktoru hər gün 8-dən 6-ya qədər işdə olur, amma müəllim həftənin üç günü dərsini yığıb digər günlər rahat şəkildə istirahət edə bilir:

"Direktor 1000 manat alır, müəllim 800 manat. Amma direktor hər gün işdədir, müəllim isə yalnız dərs saatında gəlir. Bu anormallıq aradan qalxmalıdır. Yeni modeldə əsas problem standart maaşa görə müəllimlərin daha az dərs götürmək istəməsi ola bilər. Əvvəllər müəllim çox dərs götürmək üçün can atırdı. İndi isə standart maaş olduğu üçün çalışacaq ki, daha az dərsə girsin. Bu, real təhlükədir".

Ramin Nurəliyev əlavə dərs saatlarına görə ayrı hesablanmış ekstra ödənişin tətbiqini vacib sayır:

"Məsələn, 20 saat baza maaşına uyğun hesablanırsa, əlavə 5-6 saat dərs üçün ayrıca ödəniş olmalıdır. Müəllimin məktəbdə qalması əmək haqqının artırılmasını şərtləndirir. Müəllimin günün böyük hissəsini məktəbdə keçirməsi əmək haqqının artırılmasını zəruri edir. Əgər müəllim saat 5-ə, 6-ya qədər məktəbdə qalacaqsa, maaşların tənzimlənməsi qaçılmazdır. Nazirliyin bu istiqamətdə mexanizm hazırladığı qənaətindəyəm", - deyə o fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Все новости