Məzunlar iş axtarmalı, yoxsa iş qurmalıdırlar?

Məzunlar iş axtarmalı, yoxsa iş qurmalıdırlar?
04.03.2026 17:05 Elm və Təhsil

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun "məzun iş axtarmalı deyil, iş yeri açmalıdır" fikri müzakirələrə səbəb olub. 

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə bildirib ki, bu yanaşma günün reallıqlarından irəli gəlir və ali təhsil sisteminin qarşısında duran əsas vəzifələrlə bağlıdır.


Onun sözlərinə görə, ali təhsil müəssisələrində kadr hazırlığı elə qurulmalıdır ki, tələbələr yalnız iş axtaran tərəf kimi deyil, eyni zamanda ideya irəli sürən, layihə hazırlayan və həmin ideyaları gəlirə çevirə bilən mütəxəssis kimi formalaşsınlar:

"Məqsəd odur ki, məzun universiteti bitirdikdən sonra iş axtarmaq məcburiyyətində qalmasın, əksinə ixtisasına uyğun qurumlar onun əmək fəaliyyətinə cəlb olunmasında maraqlı olsunlar. Bu fikir hər bir məzunun mütləq biznes qurmalı olduğu anlamına gəlmir. Xüsusi təyinatlı ali təhsil müəssisələrinin məzunları təhsil aldıqları qurumlarda birbaşa əmək fəaliyyətinə başlaya bilsələr də, mülki ali məktəblərin məzunları əmək bazarının tələblərinə uyğun, güclü ixtisaslı kadr kimi yetişdirilməlidirlər ki, ya dərhal iş tapa, ya da işəgötürənlərin diqqətini cəlb edə bilsinlər".


Ekspert əlavə bildirib ki, hazırda süni zəka və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə şəxslər öz layihə və təqdimatları vasitəsilə iş qurmaq və ya şirkətlərin marağını qazanaraq işə qəbul olunmaq imkanı əldə edə bilərlər:

"Açıqlamanın məntiqi də məhz buna əsaslanır. Maddi vəziyyəti aşağı olan və özünü kifayət qədər inkişaf etdirə bilməyən tələbələr üçün də iş məsələsində bu amillər nəzərə alınmalıdır. Bu o demək deyil ki, ali təhsil müəssisəsini bitirən hər bir şəxs mütləq şəkildə öz biznesini qurmalı və ya dərhal vakant vəzifəyə qəbul olunmalıdır. Belə bir tələb yoxdur".

Təcrübə məsələsinə gəldikdə isə, Elçin Əfəndi xatırladıb ki, ölkə başçısının yaxın vaxtlarda imzaladığı sərəncama əsasən, tələbələrin təcrübə müddəti əmək fəaliyyəti kimi qeydiyyata alınacaq. O, tələbələrin ən azı üçüncü kursun ikinci semestrindən və ya dördüncü kursdan başlayaraq ixtisasları üzrə minimum bir il müddətində təcrübəyə cəlb olunmasını təklif etdiklərini bildirib:


"Bu halda işəgötürən qurumlar məzunlardan əlavə iş təcrübəsi tələb etməyəcək, çünki onlar artıq ixtisas üzrə təcrübə qazanmış hesab olunacaqlar. Ümid edirik ki, qarşıdakı illərdə bu məsələyə də tam aydınlıq gətiriləcək".   

Türkan İsgəndərli

NEWS FEED
01 JUNE 2026
ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 All News