Dörd günlük dərs sistemi tələbələrə nə vəd edir?

Dörd günlük dərs sistemi tələbələrə nə vəd edir?
17.09.2025 16:35 Elm və Təhsil

"Dörd günlük dərs rejiminə keçid tələbələrin işini asanlaşdıra bilər". 

Bunu təhsil eksperti Qoşqar Məhərrəm TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə halda tələbələr dörd gün Bakıda qalaraq dərslərdə iştirak edə, qalan üç günü isə ya ailələrinin yanında, ya da işləyərək keçirə bilərlər:

"Bu, tələbələrin həm yaşayış xərclərini azaltmağa, həm də işləyib təhsil haqlarını və gündəlik ehtiyaclarını qarşılamağa imkan verə bilər. Dünya universitetlərində də bu təcrübəyə tez-tez rast gəlinir. Hətta magistratura pilləsində 2-3 günlük proqramlar da mövcuddur".

Ekspert vurğulayıb ki, əsas məsələ təhsilin keyfiyyətinin qorunmasıdır:

"Əgər bu dəyişiklik tədrisin səviyyəsinə mənfi təsir göstərməzsə, faydalı model sayıla bilər. Amma orta məktəblərdə hazırkı beş günlük dərs rejiminin saxlanması məqsədəuyğundur”, - deyə Qoşqar Məhərrəm fikrini tamamlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq, 4 günə endirilib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Dörd günlük dərs sistemi tələbələrə nə vəd edir? — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Bütün Xəbərlər