Buraxılış imtahanından sonra niyə narazılıqlar yarandı?

Buraxılış imtahanından sonra niyə narazılıqlar yarandı?
10.03.2026 17:29 Elm və Təhsil

Martın 9-da 11 illik orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanı ilə bağlı şagird və valideynlər arasında sualların çətin olması və imtahan zamanı şagirdlərin üzərindən bəzi əşyaların götürülməsi müzakirələrə səbəb olub.  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, imtahandan sonra belə müzakirələrin aparılması təbii haldır.


Onun sözlərinə görə, demək olar ki, hər imtahandan sonra şagirdlər və valideynlər arasında suallar və narazılıqlar yaranır. Lakin imtahanın çətin və ya asan olması emosiyalar əsasında deyil, nəticələr və statistik göstəricilər əsasında qiymətləndirilməlidir:

"İmtahandan dərhal sonra şagirdlərə suallar çətin görünə bilər. Ancaq nəticələr açıqlanandan və ümumi göstəricilər təhlil ediləndən sonra sualların əslində proqram çərçivəsində və qiymətləndirmə meyarlarına uyğun hazırlandığı aydınlaşır. Əsas məqsəd şagirdin sadəcə əzbər biliyini yoxlamaq deyil, onun məntiqi düşünmə bacarığını və mövzunu nə dərəcədə anladığını müəyyən etməkdir. Bu baxımdan bəzi sualların düşündürücü və analiz tələb edən formada təqdim olunması normaldır".


Ekspert imtahan zamanı şagirdlərin üzərində olan bəzi əşyaların məsələn, salfet, saç rezini, saqqızların götürülməsi ilə bağlı narazılıqlara da münasibət bildirib. 

Onun fikrincə, bu qaydalar imtahan prosesinin şəffaf və təhlükəsiz keçirilməsi üçün tətbiq olunur:

"İmtahan zamanı əlavə vasitə və ya predmetlərin saxlanılması bəzən texniki və nəzarət baxımından risk yarada bilər. Bu səbəbdən nəzarətçilər əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq bəzi əşyaların auditoriyaya aparılmasına məhdudiyyət qoya bilirlər".

Əmrah Həsənli vurğulayıb ki, qaydalar tətbiq edilərkən şagirdlərin psixoloji rahatlığı da nəzərə alınmalıdır:

"İmtahan prosesi həm akademik, həm də psixoloji baxımdan balanslı təşkil edilməlidir. Şagird imtahana daxil olarkən özünü stress altında deyil, ədalətli qiymətləndirmə mühitində hiss etməlidir. Eyni zamanda qaydalar hamı üçün bərabər və şəffaf şəkildə tətbiq olunmalıdır ki, imtahan nəticələrinə cəmiyyətin etimadı qorunsun", - deyə o, fikrini tamamlayıb.


Qeyd edək ki, imtahan  suallarının çətinliyi ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) açıqlama verib. Bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır.

Türkan İsgəndərli

NEWS FEED
02 JUNE 2026
NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir,yağış yağa bilər 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 All News