Karapetyan Ermənistan hakimiyyətini ittiham etdi

Karapetyan Ermənistan hakimiyyətini ittiham etdi
26.06.2025 13:21 Dünya

Həbsdə olan iş adamı Samvel Karapetyan Ermənistan hakimiyyətini cəmiyyəti bölməkdə, ölkədə daxili sabitliyi pozan repressiv sistem yaratmaqda və iş adamlarına qarşı qanunsuz təzyiqlər göstərməkdə ittiham edib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirlər Karapetyanın vəkilləri vasitəsilə yaydığı rəsmi bəyanatında yer alıb. 

Onun sözlərinə görə, mövcud hakimiyyət ölkəni bilərəkdən “ağlar” və “qaralar” olaraq iki  yerə bölüb. Görkəmli generallar, alimlər, ziyalılar və peşəkarlar - ölkənin intellektual elitası "qara" adlandırılıb. Bəziləri korrupsioner, digərləri isə guya cəmiyyət üçün yararsız şəxs kimi təqdim olunub. 

İş adamı əlavə edib ki, onlarla sahibkar da bu kateqoriyaya daxil edilib və onlara qarşı yüzlərlə cinayət işi açılıb. Onun fikrincə, bu işlərin əksəriyyəti siyasi sifarişli və qanunsuzdur.

“Repressiv aparat artıq əsas təzyiq alətinə çevrilib və ölkədəki daxili sabitliyi məhv edir. Vətən üçün çalışan, iş yerləri yaradan və real dəyər yaradan insanlar indi siyasi məhbuslara çevrilərək həbsxanalara salınıb", – deyə bəyanatda vurğulanır.

Karapetyan bildirib ki, bir çox nüfuzlu şəxs və onların ailələri təqiblərə məruz qalıb və Ermənistanı tərk etməyə məcbur olub. 

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Bütün Xəbərlər