Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu
26.01.2026 23:40 Dünya

Günəşin arxa tərəfində son dərəcə güclü ikiqat partlayış qeydə alınıb.

TodayPress TV "Baku.ws"ə istinadən xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat verib.

Alimlərin sözlərinə görə, hazırda baş verənləri birbaşa müşahidə etmək mümkün deyil, çünki Günəşin həmin tərəfində heç bir kosmik aparat yoxdur.

Buna görə də mütəxəssislər baş verənlərin miqyasını və xarakterini yalnız təxmin edə bilirlər.

Qeyd olunur ki, bu sahədə bu qədər yüksək aktivlik əvvəllər gözlənilmirdi.

Laboratoriya dəqiqləşdirib ki, Günəşin yaxınlığında vizual olaraq üç planet - Venera, Merkuri və Mars görünməkdə davam edir.

Bununla belə, optik təsəvvür yaranır ki, guya Günəş plazmasının atılması Venera və Merkuri istiqamətində baş verir. Əslində isə bu planetlər Günəşin arxasında, Yerdən əks tərəfdə yerləşirlər və atılmış plazma buludları onların orbitlərindən kənara yönəlib.

Astronomlar həmçinin qeyd ediblər ki, əgər bu aktivliyin mənbələri daha bir neçə gün davam edərsə, Günəşin fırlanması nəticəsində onlar Yerdən birbaşa görünən zonaya keçə bilərlər. Belə olan halda aktiv bölgələr Günəş diskində sol kənarda görünəcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Bütün Xəbərlər