Avstraliyada “Eris” raketinin buraxılışı təxirə salındı

Avstraliyada “Eris” raketinin buraxılışı təxirə salındı
05.06.2025 14:15 Dünya

Avstraliyanın aerokosmik şirkəti “Gilmour Space Technologies” “Eris” adlı orbitə çıxacaq daşıyıcı raketin buraxılışını texniki səbəblərə görə qeyri-müəyyən vaxta qədər təxirə saldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, şirkət 15 may tarixində həyata keçirilməsi planlaşdırılan, lakin iki dəfə təxirə salınan buraxılışın uğursuzluğuna səbəb kimi burun hissəsinin (obtekatelyin) ayrılma sistemində baş verən nasazlığı göstərib. 

“Gilmour”un bildirdiyinə görə, karbon lifindən hazırlanmış burun konusunun ayrılması zamanı sistem gözlənilməz enerji sıçrayışı səbəbindən vaxtından əvvəl işə düşüb. Bu nasazlıq, aşağıdakı cihazlardan geri qayıdan elektrik cərəyanı ilə əlaqələndirilib.

“Obtekately bir dəfəlik istifadə üçündür, onu dəyişdirmək isə ən azı bir neçə həftə vaxt aparacaq. Bu səbəbdən buraxılışı təxirə salmaqdan başqa yol qalmadı,” – deyə şirkət bəyan edib.

Şirkət, həmçinin bəzi Avstraliya KİV-lərinin raket sistemindəki problemin kakadu adlı papağanın kabeli dişləməsi ilə bağlı versiyasını da təkzib edib. Təhlükəsizlik kameralarına düşən və qurğuya yaxınlaşan kakadunun günahkar olduğu iddia olunurdu. Lakin “Gilmour Space Technologies” tərəfindən aparılan araşdırma nəticəsində quşun heç bir nasazlığa səbəb olmadığı təsdiqlənib.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Bütün Xəbərlər