TƏCİLİ! Bu məhsulların qiyməti bahalaşacaq

TƏCİLİ! Bu məhsulların qiyməti bahalaşacaq
06.02.2026 16:53 Cəmiyyət

“Bu il ərzaq məhsullarının qiymətlərində artım gözlənilir və bu, həm dünya bazarındakı, həm də Azərbaycanda ixrac-idxal münasibətlərindən, idxaldan asılı məhsulların qiymətindən və logistika xərclərindən asılıdır”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


O bildirib ki, idxaldan asılı olan əsas ərzaq məhsullarında qiymət artımı riski daha yüksəkdir:

"Buna səbəb beynəlxalq bazarlarda xammal və daşınma xərclərinin oynaq olmasıdır və bu hallar Azərbaycana gətirilən məhsulların qiymətinə birbaşa təsir edir. Un və un məmulatları, bitki yağları, şəkər, düyü və digər strateji qida məhsullarında bahalaşma ehtimalı yüksək hesab olunur. Bu məhsullar xaricdən daha çox gətirildiyi üçün idxal xərclərinin artması daxili bazarda qiymət artımına təzyiq göstərə bilər".

İqtisadçı əlavə edib ki, logistika və yanacaq xərclərinin yüksəlməsi də ərzaq məhsullarının qiymətinə təsir edə bilər:

"Enerji daşıyıcıları və yanacaq qiymətlərindəki dəyişikliklər daşınma xərclərini artıraraq nəticədə bütün ərzaq qrupunda bahalaşmaya səbəb ola bilər. Daxildə istehsal səviyyəsi yüksək olan məhsullarda isə qiymət artımı daha ölçülü ola bilər. Məsələn, Azərbaycanda meyvə-tərəvəz və bəzi kənd təsərrüfatı məhsullarının özünütəminetmə səviyyəsi yüksəkdir, bu isə onların qiymətinin idxal məhsullarına nisbətən daha dayanıqlı qalmasına imkan yaradır".

Ekspert sonda vurğulayıb ki, bunlara baxmayaraq ümumilikdə idxal inflyasiyası və daxili logistika xərcləri (yanacaq bahadır) nəzərə alınaraq, bu ildə ərzaq məhsullarının qiymətlərində artım tendensiyası gözlənilir və artım strateji xammal məhsullarında daha qabarıq ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 All News