İstiqlal deputatı VƏFAT ETDİ

İstiqlal deputatı VƏFAT ETDİ
16.05.2026 20:22 Cəmiyyət

“Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov saat 12:00-da dünyasını dəyişdi”.

TodayPress TV-nin məlumatına görə, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, 1 avqust 1938-ci ildə Lənkəranda dünyaya göz açan Hacıbaba Əzimovun həyatı Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi:

“O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi”.

Saleh Məmmədov daha sonra Hacıbaba Əzimovla münasibətlərindən bəhs edib:

“Biz uzun illər eyni yolun yolçusu olduq. Milli azadlıq hərəkatının ən çətin və taleyüklü günlərində çiyin-çiyinə mübarizə apardıq. Meydanların gur səsi, istiqlal uğrunda keçirilən saysız toplantılar, xalqın iradəsini müdafiə edən çıxışlar, gecə-gündüz davam edən fikir savaşları - bütün bunların içində Hacıbaba müəllim hər zaman təmkinli, prinsipial və əyilməz mövqeyi ilə seçilirdi”.

Sabiq nazir mərhum professorun xidmətlərini yüksək qiymətləndirib:

“Onun Azərbaycan dövlətçiliyinə xidməti yalnız siyasi fəaliyyətlə məhdudlaşmırdı. O, təhsili milli gələcəyin əsas dayağı hesab edir, bu düşüncə ilə Lənkəran Dövlət Universitetinin yaradılmasına rəhbərlik edir, universitetin formalaşması və inkişafı üçün böyük əmək sərf edirdi. Yüzlərlə tələbənin taleyində, minlərlə insanın düşüncə dünyasında onun zəhməti və izi yaşayır.

Hacıbaba müəllim sözü ilə əməli üst-üstə düşən nadir insanlardan idi. Vəzifəyə görə dəyişməyən, çətin məqamlarda susmayan, şəxsi maraqlarını heç vaxt xalqın və dövlətin maraqlarından üstün tutmayan şəxsiyyət idi. Bu gün onu itirmək yalnız ailəsinin və yaxınlarının deyil, bütövlükdə Azərbaycan ictimai fikrinin, milli-demokratik hərəkat tarixinin ağır itkisi sayılmalıdır.

Dərin hüznlə dostumun, həmkarımın, mübarizə yoldaşımın ailəsinə, doğmalarına, tələbələrinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm”.

“Hacıbaba Əzimovun adı Azərbaycanın istiqlal tarixində, milli düşüncə salnaməsində və onu tanıyan insanların yaddaşında daim yaşayacaq”, - S.Məmmədov yekunda bildirib.

Qeyd edək ki, Hacıbaba Əzimovla vida mərasimi Təzəpir məscidində keçirilib, dəfn mərasimi Yasamal qəbiristanlığında olub.

Allah rəhmət eləsin!

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 All News