İstiqlal deputatı VƏFAT ETDİ

İstiqlal deputatı VƏFAT ETDİ
16.05.2026 20:22 Cəmiyyət

“Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov saat 12:00-da dünyasını dəyişdi”.

TodayPress TV-nin məlumatına görə, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, 1 avqust 1938-ci ildə Lənkəranda dünyaya göz açan Hacıbaba Əzimovun həyatı Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi:

“O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi”.

Saleh Məmmədov daha sonra Hacıbaba Əzimovla münasibətlərindən bəhs edib:

“Biz uzun illər eyni yolun yolçusu olduq. Milli azadlıq hərəkatının ən çətin və taleyüklü günlərində çiyin-çiyinə mübarizə apardıq. Meydanların gur səsi, istiqlal uğrunda keçirilən saysız toplantılar, xalqın iradəsini müdafiə edən çıxışlar, gecə-gündüz davam edən fikir savaşları - bütün bunların içində Hacıbaba müəllim hər zaman təmkinli, prinsipial və əyilməz mövqeyi ilə seçilirdi”.

Sabiq nazir mərhum professorun xidmətlərini yüksək qiymətləndirib:

“Onun Azərbaycan dövlətçiliyinə xidməti yalnız siyasi fəaliyyətlə məhdudlaşmırdı. O, təhsili milli gələcəyin əsas dayağı hesab edir, bu düşüncə ilə Lənkəran Dövlət Universitetinin yaradılmasına rəhbərlik edir, universitetin formalaşması və inkişafı üçün böyük əmək sərf edirdi. Yüzlərlə tələbənin taleyində, minlərlə insanın düşüncə dünyasında onun zəhməti və izi yaşayır.

Hacıbaba müəllim sözü ilə əməli üst-üstə düşən nadir insanlardan idi. Vəzifəyə görə dəyişməyən, çətin məqamlarda susmayan, şəxsi maraqlarını heç vaxt xalqın və dövlətin maraqlarından üstün tutmayan şəxsiyyət idi. Bu gün onu itirmək yalnız ailəsinin və yaxınlarının deyil, bütövlükdə Azərbaycan ictimai fikrinin, milli-demokratik hərəkat tarixinin ağır itkisi sayılmalıdır.

Dərin hüznlə dostumun, həmkarımın, mübarizə yoldaşımın ailəsinə, doğmalarına, tələbələrinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm”.

“Hacıbaba Əzimovun adı Azərbaycanın istiqlal tarixində, milli düşüncə salnaməsində və onu tanıyan insanların yaddaşında daim yaşayacaq”, - S.Məmmədov yekunda bildirib.

Qeyd edək ki, Hacıbaba Əzimovla vida mərasimi Təzəpir məscidində keçirilib, dəfn mərasimi Yasamal qəbiristanlığında olub.

Allah rəhmət eləsin!

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Все новости