Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
12.06.2025 16:34 Cəmiyyət

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın artırılması nəzərdə tutulur. 

TodayPress TV xəbər verir ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Gəncə şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. 

Sənədlər 11 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 2 nömrəli şəhərdaxili (Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi), 4 nömrəli şəhərdaxili (İmamzadə türbəsi – Cümhuriyyət prospekti), 5 nömrəli şəhərdaxili (Y.Məmmədəliyev küçəsi – V.Qocayev küçəsi), 6 nömrəli şəhərdaxili (Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi), 7 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – Şəhidlər Xiyabanı), 8 nömrəli şəhərdaxili (Dəmiryol deposu (Z.İsmayılov küçəsi) – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi)), 10 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – N.Nərimanov küçəsi),11 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi), 12 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası), 13 nömrəli şəhərdaxili (Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 14 nömrəli şəhərdaxili (Qızılqaya qəsəbəsi (A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi) və G2 nömrəli şəhərətrafı (Göygöl Avtostansiyası – N.Nərimanov küçəsi) marşrutları üzrə 12 lotda avqustun 6-da; 

1 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı – Yeni Gəncə (28 May prospekti)), 3 nömrəli şəhərdaxili (Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti), 9 nömrəli şəhərdaxili (Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi), 15 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 16 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 17 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ.Kazımov küçəsi), 18 nömrəli şəhərdaxili (N.Nərimanov küçəsi – Cavadxan qəsəbəsi), 19 nömrəli şəhərdaxili (V.Qocayev küçəsi – Şah İsmayıl Xətai prospekti), 20 nömrəli şəhərdaxili (Ə.Xəqani küçəsi – N.Nərimanov küçəsi) və G1 nömrəli şəhərətrafı (Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi) marşrutları üzrə 10 lotda avqustun 8-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

XƏBƏR LENTİ
03 IYUN 2026
Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Bütün Xəbərlər