BDYPİ-dən sürücülərə hava xəbərdarlığı

BDYPİ-dən sürücülərə hava xəbərdarlığı
05.11.2025 09:44 Cəmiyyət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə hava şəraitinə uyğun hərəkət etmələri barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, qurumun müraciətində hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan yağışlı və çiskinli havanın yollarda əlavə risklər yaratdığı bildirilir.

Sürüşkən yol örtüyü, görmə imkanlarının azalması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün təhlükə yaradır.

BDYPİ sürücülərə ehtiyatlı davranmağı, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı, həmçinin avtomobilin texniki vəziyyətini – xüsusilə işıq sistemi və şüşəsilənləri – yoxlamağı tövsiyə edib.

İdarə eyni zamanda piyadaları da diqqətli olmağa çağırıb. Onlara yalnız müəyyən olunmuş keçidlərdən istifadə etmək, səki ilə hərəkət etmək və daha görünən olmaq üçün açıq rəngli və işıq əks etdirən geyimlərə üstünlük vermək tövsiyə olunub.

BDYPİ hərəkət iştirakçılarını qaydalara riayət etməyə və təhlükəsizliyə önəm verməyə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
"Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Bütün Xəbərlər