ADNSU-da elmi sessiya keçirildi

ADNSU-da elmi sessiya keçirildi
13.06.2025 12:22 Cəmiyyət

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Mətləb Atayev “Balakhani Operating Company LTD”-nin təşəbbüsü ilə hasilat ərazilərinin ekoloji mühafizəsi mövzusunda elmi sessiya keçirib. Bu günlərdə qeyd edilən "Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü"nə həsr edilən akademik müzakirəyə Balaxanı neftçiləri ilə yanaşı “Surakhani Oil” və “Azgerneft” şirkətlərinin əməkdaşları da qoşulublar.

TodayPress TV xəbər verir ki, elmi sessiya zamanı dosent Atayev sənaye müəssisələrinin ekoloji pasportlarının tərtibatı, beynəlxalq normativ aktlara əsasən tullantıların səciyyələndirilməsi və müvafiq dərəcələri, eləcə də hasilat ərazilərində sanitar-ekoloji mühafizə zonalarına dair tələbatlar, heyət üzvlərinin səhhətinə təsirlərin minimallaşdırılması üçün əməliyyatların səmərəli şəkildə qurulması kimi mövzulara toxunub.

Mühazirə zamanı laya təsir üsulları ilə bağlı kimyəvi, mexaniki və termiki alətlərin istifadəsinə dair araşdırmaların nəticələri müzakirə olunub.

Sual-cavab hissəsi ilə davam edən elmi sessiyadan sonra ətraf mühitin mühafizəsi üzrə şirkət prezidentinin müavini Ramil Əliyev çıxış edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq qərarlarına əsasən ildən-ilə təkmilləşən ölkənin ekoloji mühafizəyə dair normativ bazasına uyğun olaraq “Balakhani Operating Company LTD” hasilat ərazilərində lay suların bu ildən etibarən artıq 100%-nin utilizə edilməsi, onların torpaq qatlarına təkrar qaytarılması, o cümlədən tullantılara məruz qalan torpaqların 80%-nin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsinə nail olub.

Hasilat ərazilərinin ekoloji mühafizəsinə dair digər əhəmiyyətli addımlar səmt qazlarının idarəolunması üzrə infrastrukturun yenilənməsi və bununla da sızmaların qarşısının tam alınması, davamlı olaraq yaşıllıq zolaqlarının artırılması istiqamətində atılıb.

O, əlavə edib ki, hasilat şirkəti istehsal prosesində əmələ gələn tullantıların təkrar emalı üzrə tərəfdaşlarla qurulan layihələrin sayını da artırmaqda davam edir.

Qeyd edək ki, bu ilin fevralında “Balakhani Operating Company LTD” ADNSU ilə Anlaşma Memorandumu imzalayaraq bir sıra istiqamətlərlə yanaşı ekoloji mühafizə və dayanıqlılıq üzrə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi üzrə razılıq əldə ediblər.

FOTOLAR

ADNSU-da elmi sessiya keçirildi — 1
ADNSU-da elmi sessiya keçirildi — 2
ADNSU-da elmi sessiya keçirildi — 3
ADNSU-da elmi sessiya keçirildi — 4
XƏBƏR LENTİ
02 IYUN 2026
Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Bütün Xəbərlər