Adnan Əhmədzadə ilə bağlı yeni məlumatlar ortaya çıxdı

Adnan Əhmədzadə ilə bağlı yeni məlumatlar ortaya çıxdı
28.09.2025 13:34 Cəmiyyət
  • SOCAR-ın sabiq əməkdaşı, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə qurumun sabiq vitse-prezidenti Mikayıl İsmayılov arasında yaxın əlaqələr haqqında məlumat yayılıb.

    TodayPress TV  xəbər verir ki, məlumata əsasən Adnan Əhmədzadənin müdafiəçisi vəkil Şaiq Mirzəyev vaxtilə “Az-Qranata” MMC-nin baş direktoru olub.

    Bu şirkətin mediada Mikayıl İsmayılov və ailəsinə aid olduğu qeyd edilib. Şaiq Mirzəyev hazırda Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin barəsində qalmaqallı atalıq işində vəkil kimi fəaliyyət göstərir.

    Fidan Abbasova bildirib ki, 2015-ci ildə dünyaya gələn övladının atası olaraq Orxan İsmayılzadə məsuliyyəti qəbul etməyib. Daha sonra barışıq təklifi gəlsə də, Abbasova onu imzalamayıb və aliment tələb edib. Hazırda Orxan İsmayılzadə İstanbulda yaşamasına baxmayaraq aliment ödəməyib.

    Fidan Abbasova, Şaiq Mirzəyevin Adnan Əhmədzadənin vəkili olmasında Mikayıl İsmayılovun keçmiş rolu ola biləcəyini ehtimal edir.

    Qeyd edək ki, Adnan Əhmədzadə 19 sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Onun iqtisadi təxribat və külli miqdarda mənimsəmə ittihamları ilə əlaqəsi olduğu bildirilir.

    TodayPress TV


  • XƏBƏR LENTİ
    05 IYUN 2026
    Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Bütün Xəbərlər