Moskva görüşü: Paşinyana alternativ kimdir?

Moskva görüşü: Paşinyana alternativ kimdir?
01.04.2026 16:23

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.


Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, danışıqlar zamanı Putin və Paşinyan bir çox məsələni, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan Kremlin seçkiöncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcəyinə əmindir. O, məhz bunun qarşısını almaq üçün Moskvaya yola düşür.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiya–Ermənistan münasibətlərində ciddi dəyişikliklər müşahidə olunub:


“Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra Rusiya–Ermənistan münasibətlərində kifayət qədər ciddi dəyişikliklər baş verdi. Əslində, Paşinyanın əsas məqsədi ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq, eyni zamanda qərbyönümlü dövlət formatında Ermənistanın xarici və daxili siyasətində addımlar atmaqla bağlı müəyyən gedişlər etməkdir”.

Ekspert qeyd edir ki, Ermənistanda Rusiyanın təsir mexanizmləri hələ də strukturlaşmış şəkildə qalmaqdadır:

“Ermənistanda Rusiyanın “5-ci kolon”u kifayət qədər təşkilatlanmış formadadır. “5-ci kolon”a rəhbərlik edənlərin kifayət qədər maliyyə resurslarının olması ilə paralel, həm də dövlət təcrübələri var. Sabiq prezidentlər, kilsə və xarici diaspor təşkilatları Ermənistanda əslində Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olan qurumlardır. Paşinyan fəaliyyətə başladığı qısa müddət ərzində hər üç istiqamətə qarşı hücum təşkil etdi”.

Politoloqun sözlərinə görə, Paşinyanın addımları nəticəsində xüsusilə kilsə və diasporun təsiri zəifləyib:

“Artıq kilsə əvvəlki müqəddəsliyini qoruyub saxlaya bilmir. Çünki kilsə rəhbəri haqqında nəinki tənqid, hətta siyasi ritorikaya uyğun olmayan formada ifadələrin işlədilməsi, onun ittiham olunması, keşiş andının pozulması ilə bağlı məsələlər var. Diasporla bağlı məsələlərdə isə Paşinyan demək olar ki, xarici diasporanın onilliklər boyu Ermənistan dövlətinə yardımından imtina etdi. Bu, diasporanın Ermənistan hökuməti üzərində təsir imkanlarını kifayət qədər zəiflətdi və demək olar ki, yox dərəcəsinə qədər endirdi”.

B.Həsənbəyli əlavə edib ki, keçmiş hakim elitalara qarşı sərt ritorika da bu siyasətin tərkib hissəsidir:

“Bundan başqa, keçmiş “Qarabağ klanı”na rəhbərlik edən sabiq prezidentlər var. Onlar haqqında kifayət qədər aşağılayıcı ifadələrdən istifadə etməsi onu göstərir ki, Paşinyan bu gün Rusiyanın təsir dairəsində olan üç qrupun zərərsizləşdirilməsi ilə bağlı ardıcıl addımlar atır. Amma hadisələrin gedişi onu da göstərir ki, Rusiya da özünün Cənubi Qafqazdakı son qalasından, yəni Ermənistandan imtina etmək niyyətində deyil və Ermənistana təsir imkanlarını gücləndirmək üçün növbəti kartları dövriyyəyə buraxır”.

Siyasətçi Rusiya faktorunun yeni fiqurlar üzərindən də aktivləşdirildiyini vurğulayıb:


“Samvel Karapetyanın Rusiya kartı olması, Rusiyanın təsir dairəsində olan iş adamı və milyarder olması heç kəsə sirr deyil və onun gündəmə gətirilməsi təsadüf hesab olunmur. “Taşir” şirkətlər qrupunun rəhbəri olan Karapetyan Ermənistanın enerji resursları, elektrik və qaz təchizatı məsələlərində bilavasitə əsas oyunçulardan biridir. Gələcəkdə ölkə üzərindən Paşinyana təsir etmək imkanları kifayət qədər yüksəkdir, çünki ölkədə qaz və elektrik təminatı ilə bağlı məsələlər birbaşa onun şirkətlər qrupuna tabedir”. 

Onun fikrincə, Rusiya rəhbərliyi Ermənistan hakimiyyətinin əvvəlki bəyanatlarını unutmayacaq:

“Putinin Paşinyanın, Alen Simonyanın və Ararat Mirzoyanın Rusiya ilə bağlı fikirlərini unudacağını düşünmürəm. Putin xarakteri etibarilə kifayət qədər qisasçı siyasi liderlərdəndir. O baxımdan Paşinyanın Rusiya səfərinin münasibətlərin yumşaldılmasına xidmət edəcəyini düşünmürəm. Ola bilsin ki, şərti olaraq müəyyən müzakirələr aparılsın, razılaşmalar əldə olunsun, amma seçkilərdə Rusiya qarşısına qoyduğu məsələnin nəticəyə qədər davam etməsi üçün bütün səylərini göstərəcək”.

Sonda politoloq Paşinyanın daxili siyasi mövqeyi ilə bağlı qiymətləndirmə aparıb:


“Hələ ki, Paşinyana alternativ olacaq güclü siyasi lider yoxdur. Paşinyana müxalif qüvvələrin ən zəif cəhəti isə onların kifayət qədər iddialı olmaları və bu iddiaların onların bir araya gəlməsinə mane olmasıdır. O baxımdan düşünürəm ki, Paşinyan sabit elektoratı ilə paralel olaraq, parçalanmış müxalifətin qalib gəlməməsi üçün öz elektoratını daha da genişləndirməyə çalışacaq. Paşinyan bilir ki, parlament seçkiləri onun üçün yalnız siyasi fəaliyyət deyil, həm də şəxsi təhlükəsizlik baxımından əhəmiyyətli məsələdir. İkinci Qarabağ müharibəsində Ermənistan üzərində Azərbaycanın qələbə qazanması və Qarabağın tam şəkildə erməni işğalından azad edilməsi məsələsini revanşistlər Paşinyana bağışlamayacaqlar. Paşinyan da bunu yaxşı bildiyi üçün var gücü ilə qələbə üçün çalışır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
"Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Bütün Xəbərlər