XİN rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

XİN rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
07.07.2025 09:36 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov və Xarici İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

TodayPress TV xəbər verir ki, Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Ziyarətçilər Zəfər parkını və Zəfər abidəsini də ziyarət ediblər.

Xatırladaq ki, 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər