XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olundu

XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olundu
07.07.2025 15:09 Xarici siyasət

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan panel müzakirə keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, panel müzakirədə xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyev əsas natiq qismində iştirak ediblər.

Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.

FOTOLAR

XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olundu — 1
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olundu — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər