XİN başçısı: “Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi istisna edilmir”

Xarici siyasət

26.12.2025 17:14

“Gələcəkdə Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi istisna edilmir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu proses hərbi sahəni əhatə edə bilməz, lakin digər istiqamətlər üzrə Azərbaycan Ermənistan tərəfinin müraciətlərini dəyərləndirə bilər. Bu məsələdə texniki yanaşmalarla yanaşı, siyasi və psixoloji elementlər də mövcuddur.

Nazir bildirib ki, artıq Azərbaycan neft məhsulları Ermənistan bazarına daxil olub və açıq mənbələrdə yer alan məlumatlara əsasən bu addım müsbət qarşılanır. Bununla yanaşı, fərqli yanaşmalar da mövcuddur.

Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanda bəzi qüvvələr Azərbaycandan neft məhsullarının alınmasının boykot edilməsinə çağırış edirlər. Onun sözlərinə görə, bu cür çağırışlar marjinal xarakter daşıyır.

Qiymət Mahir

tag: XİN,Azərbaycan,Ermənistan,Əməkdaşlıq,Todaypress.tv,