XİN AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım etdi

XİN AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım etdi
25.12.2025 10:57 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat yerləşdirilib.

"Bu gün, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Baş vermiş bu faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər