Volodimir Zelenski Prezident İlham Əliyevə zəng etdi

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng etdi
01.07.2025 19:11 Xarici siyasət

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.  Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər