Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib.
TodayPress TV xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, V.Fekete Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilir.