Ukrayna və Misir səfirləri ikitərəfli əməkdaşlığı müzakirə etdi

Ukrayna və Misir səfirləri ikitərəfli əməkdaşlığı müzakirə etdi
10.10.2025 14:44 Xarici siyasət

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev yeni təyin olunmuş misirli həmkarı Hossam Eldin Reda ilə ikitərəfli əməkdaşlığın aspektlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu həftə Ukraynanın Bakıdakı səfirliyində Misirin Azərbaycanda yeni təyin edilmiş səfiri Hossam Eldin Redanı salamladıq. Biz ədalətli sülhün təşviqi və dəstəklənməsi sahəsində əməkdaşlığı müzakirə etdik, gələcək koordinasiya və qarşılıqlı fəaliyyətlə bağlı razılığa gəldik", - səfir yazıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər