Tramp İlham Əliyevə təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi
13.10.2025 22:04 Xarici siyasət

"Biz daha bir müharibəni həll etdik - Ermənistanla Azərbaycan arasında".

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.

Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən danışan Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşünü xatırlayıb:

"Mən onlarla Oval Ofisdə görüşəndə bir-birinə əks tərəfdə oturmuşdular. Təxminən 31 il vuruşdular, amma işimizi bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox yaxşı anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, inanılmazdır", - deyə Tramp əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər