Tiencində dövlət və hökumət başçılarının və xanımlarının şərəfinə ziyafət verildi, konsert proqramı təqdim olundu

Tiencində dövlət və hökumət başçılarının və xanımlarının şərəfinə ziyafət verildi, konsert proqramı təqdim olundu
31.08.2025 17:40 Xarici siyasət

Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.

TodayPress TV xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər