SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı
Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
TodayPress TV xəbər verir ki, sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ-də işgüzar səfərdədir.