Slovakiya səfiri etimadnaməsinin surətini təqdim etdi

Slovakiya səfiri etimadnaməsinin surətini təqdim etdi
06.08.2025 18:34 Xarici siyasət

Slovakiyanın Bakıya yeni təyin olunmuş səfiri Elçin Qasımov etimadnaməsinin surətini Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Slovakiyanın Bakıdakı diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

Diplomat etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevə təqdim edib.

Qeyd edək ki, Elçin Qasımov əslən Kəlbəcər rayonundandır. O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər