Şəkidə Şimal-Qərb bölgəsi üzrə cüdo birinciliyi keçirildi

Şəkidə Şimal-Qərb bölgəsi üzrə cüdo birinciliyi keçirildi
24.10.2025 23:15 Xarici siyasət

Şəki Olimpiya İdman Kompleksində 17 yaşadək yeniyetmə cüdoçular arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilib.

Todaypress TV xəbər verir ki, turnirdə 10 rayon və şəhərdən 76 cüdoçu 8 çəki dərəcəsində qüvvəsini sınayıb.

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

Həmçinin, U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.

TodayPress TV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər