Sahibə Qafarova və Syed Yusuf Raza Gilani arasında telefon danışığı oldu

Sahibə Qafarova və Syed Yusuf Raza Gilani arasında telefon danışığı oldu
25.09.2025 17:25 Xarici siyasət

Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Pakistan arasında strateji münasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında uğurla inkişafından razılıq ifadə olunub.

İki ölkə arasında əlaqələrin dərinləşməsində Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolu vurğulanıb.

Tərəflər dost və qardaş ölkələrimiz arasında əlaqələrin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da səmərəli münasibətlər qurulduğunu qeyd edərək, qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq etdiklərini ifadə ediblər.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər