Sahibə Qafarova Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində oldu

Sahibə Qafarova Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində oldu
14.10.2025 12:48 Xarici siyasət

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar.

TodayPress TV xəbər verir ki, burada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri, eləcə də nümayəndə heyətlərinin üzvləri agentliyin fəaliyyəti ilə yaxından tanış olublar.

Qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib.

Parlament sədrləri agentliyin işini yüksək qiymətləndirərək bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

TodayPress TV

FOTOLAR

Sahibə Qafarova Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində oldu — 1
Sahibə Qafarova Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində oldu — 2
Sahibə Qafarova Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində oldu — 3
Sahibə Qafarova Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində oldu — 4
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər