Sahibə Qafarova: “İslamabad Bəyannaməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə edir”

Sahibə Qafarova: “İslamabad Bəyannaməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə edir”
14.10.2025 12:09 Xarici siyasət

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün yekunlarına dair İslamabad Bəyannaməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə edir. 

TodayPress TV xəbər verir ki, bu sözləri Üçtərəfli Görüşün yekun iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova söyləyib.

Onun sözlərinə görə, bu sənəd eyni zamanda, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayır, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit edir.

Spiker Sahibə Qafarova həmçinin qeyd ki, Bəyannamə regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir. Bildirilib ki, sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması üçün atılması zəruri olan addımlara dair mövqelərimiz eynidir. Azərbaycan bu istiqamətdə dialoq, qarşılıqlı anlaşma və kollektiv səylərin vacibliyini qeyd edir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər