Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfərə gəldi

Sahibə Qafarova Cənubi Afrika Respublikasına  işgüzar səfərə gəldi
01.10.2025 11:09 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) işgüzar səfərə gedib.

TodayPress TV xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Keyptaun beynəlxalq hava limanda CAR parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri səfər çərçivəsində "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

S.Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

TodayPress TV

FOTOLAR

Sahibə Qafarova Cənubi Afrika Respublikasına  işgüzar səfərə gəldi — 1
Sahibə Qafarova Cənubi Afrika Respublikasına  işgüzar səfərə gəldi — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər