“Rus Evi”nin fəaliyyəti bərpa ediləcək? — XİN rəhbəri AÇIQLADI
Xarici siyasət
26.12.2025 15:55
“Rus Evi”nin uzun müddət ərzində Azərbaycan ərazisində heç bir qeydiyyatı olmayıb. 2025-ci ilin fevral ayında bu barədə rəsmi xəbərdarlıq edilib və qeyd olunub ki, belə fəaliyyət qəbuledilməzdir. Nəticədə “Rus Evi”nin bağlanması ilə bağlı qərar qəbul edilib və bu qərar icra olunub”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, istər “Rus Evi”, istərsə də digər oxşar təsisatların ölkə ərazisində fəaliyyəti yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə hörmət prinsipi əsasında mümkündür. Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi siyasətə və mövcud qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul edilə bilər.
Ceyhun Bayramov qeyd edib ki, “Rus Evi” ilə son təmaslar bir neçə həftə əvvəl baş tutub. Həmin vaxt ləğv prosesi ilə bağlı bəzi texniki məsələlər — əmək müqavilələri, ödənişlər və digər yarımçıq qalan prosedurlar mövcud idi.
Nazir əlavə edib ki, bu prosesin tam başa çatdırılması məqsədilə Rusiya tərəfindən ləğvetmə üzrə nümayəndələr göndərilib və Xarici İşlər Nazirliyi onlara lazımi dəstək göstərib. Məlumata görə, hazırda bu məsələ ilə bağlı hər hansı yarımçıq qalan problem mövcud deyil.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
