Rumıniya XİN Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi

Rumıniya XİN Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi
28.05.2025 11:02 Xarici siyasət

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. 

"Strateji tərəfdaşımız olan Azərbaycana sülh və rifah arzulayırıq. Rumıniya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Biz siyasi dialoqu gücləndirməyə və enerji sahəsi də daxil olmaqla, etibarlı əməkdaşlıq gündəliyi hazırlamağa çalışırıq", - paylaşımda vurğulanıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər