Qazaxıstan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd etdi

Qazaxıstan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd etdi
21.10.2025 12:52 Xarici siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”.

Kasım-Jomart Tokayev onu da qeyd edib ki, müasir Azərbaycanın bütün nəzərəçarpan nailiyyətləri Prezident İlham Əliyevin qurucu, güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər