Prezident: "Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir"

Prezident: "Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir"
25.09.2025 21:11 Xarici siyasət

"Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir".

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib.

Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq", - deyən dövlətimizin başçısı bildirib ki, bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər