Prezident Sudan Respublikasının Suveren Keçid Şurasının Sədrini təbrik etdi

Prezident Sudan Respublikasının Suveren Keçid Şurasının Sədrini təbrik etdi
01.01.2026 12:08 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanı təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Sədr,

Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər