Prezident: Ortaq mənəvi dəyərlər Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir

Prezident: Ortaq mənəvi dəyərlər Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir
23.09.2025 11:19 Xarici siyasət

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir.

TodayPress TV xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

“Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər